İş barədə məlumat
Qapalı binalarda, torpaqda, quyularda və tunellərdə gərginliyi 35 kV-a qədər olan kabel xətlərinin sökülməsi, təmiri və quraşdırılması
Pnevmatik və elektrikləşdirilmiş alətlərdən istifadə etməklə kabellərin qapalı binalarda, torpaqda, quyularda və tunellərdə nişanlanması və damarlarının bir-birindən aralanması
Elektrik təchizatının etibarlılıq dərəcəsinə aid olan tələbatçıları üçün, gərginliyi 35 kV-a qədər olan daxili və xarici qurğularda kabelin uclarında və birləşdirmə yerlərində qoyulan muftaların və birləşmələrin təmiri və quraşdırılması
Elektrik və pnevmatik intiqallı mürəkkəb, universal və xüsusi ləvazimatların və mexanizmlərin idarə olunması
-Nahar ilə təmin edilmə
- Əməkhaqqı 800 AZN
- İş qrafiki: 6 günlük - Sənədləşmə Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Namizədə tələblər
Xüsusi izoliyasiyalı kabellərin markalarını və istifadə sahələrini bilməlidir
Kabel şəbəkəsi sahəsinin sxemini bilməlidir
Birləşdirici, dayandırıcı (stoporlayıcı) və uclarda qoyulan muftaların təyinatını və quruluşunu, kabellərin cərəyankeçirici mis və alüminium damarlarının uclarının təmizlənmə və birləşdirilmə üsullarını bilməlidir
Xüsusi izoliyasiyalı kabelin təmiri, sökülməsi və quraşdırılması zamanı işlərin yerinə yetirilməsi üsullarını və əməliyyatların ardıcıllığını bilməlidir
Kabel xəttinin əvvəlində və axırında olan binaların avadanlıqlarının və armaturlarının təyinatını bilməlidir
Elektrik cərəyanından zədə almış zərərçəkənə ilk yardım göstərilmə qaydalarını və praktiki olaraq ilk yardım göstərməyi (süni nəfəs vermə üsullarını və s.) bilməlidir
Əməyin təşkilinin əsasını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir
Təhsil
Müvafiq istiqamət üzrə ali, orta ixtisas və ya peşə-ixtisas təhsili
· İş təcrübəsi
1 ildən 3 ilə qədər
· Telefon (012) 480-20-48
· E-mail hr@alten-group.com