"Alten Group" MMC Azərbaycan Respublikasının qanunvericiliyinə, İSO-9001, İSO-14001 və İSO-45001 beynəlxalq standartların tələblərinə sözsüz əməl edərək insanların sağlamlığına, avadanlığa, ətraf mühitə və keyfiyyətə təsir göstərən bütün zərərli amillərin minimuma endirilməsinə çalışacaq.
"Alten Group" MMC-nin siyasəti aşağıdakı bəndləri əhatə edəcək:
1. Əməkdaşları, sifarişçiləri, ətraf mühiti və şirkət əmlakını xəsarət, itki və ziyanla bağlı risklərdən qoruyacaq və təhlükəsiz əmək şəraitini təşkil edəcək.2. Əməkdaşların və podratçı işçi heyətinin aidiyyatı olan müvafiq idarəetmə sistemləri ilə tanış olmalarını, habelə öz işlərini təhlükəsizsurətdə və ətraf mühitə qayğı göstərməklə yerinə yetirmələri üçün səriştəyə malik olmalarını və təlim keçmələrini təmin edəcək.
3. Aşağı səviyyədə olan sağlamlıq, əməyin mühafizəsi və hər hansı bir başlanğıc əməliyyatın ətraf mühitə təsirini qiymətləndirəcək,müəyyən edəcək və aradan qaldırmaqla bütün müvafiq hüquqi tələblərə, qanun və qaydalara uyğunlaşdıracaq.
4. Müntəzəm olaraq əməkdaşlara Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi ilə bağlı toplantılar keçirməklə onlarınbilik və bacarıqlarını daim inkişaf etdirəcək.
5. Əməkdaşlara və bütün maraqlı tərəflərə Sağlamlıq,Əməyin Mühafizəsi və Ətraf Mühitin mühafizəsi üzrə məqsəd vəprosedurları çatdıracaq.
6. Bütün hadisələr zamanı təhqiqat apararaq, hadisəni araşdırıb hesabat hazırlayacaq və aktlaşdıracaq.
7. Fövqəladə hallara hazırlıqlı olacaq, qəza və hadisələr zamanı Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik proseduruna uyğun olaraq tez və operativ şəkildə tədbir görəcək.
8. "Alten Group" MMC müntəzəm olaraq siyasətini, prosedurları və tədbirləri nəzərdən keçirəcək, tədqiq edəcək, tədbir görəcək və inkişaf etdirəcək.