+994 12 480 20 48 info@alten-group.com Bakı şəhəri, Tbilisi pr 54

Xəbərlər

İstilik elektrik stansiyası

İstilik Elektrik Stansiyası(İES) üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyasıdır.

Dünyada hasil edilən elektrik enerjisinin 75%-i , Azər­bay­canda isə 90%-i istilik elektrik stansiyalarının payına düşür. Elektrik enerjisi istehsalında İES-lərin belə böyük yer tutması dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olma­sı, yanaca­ğın asanlıqla İES-lərə nəql edilməsi, İES-lərin təla­bat­çı­lara yaxın yerdə tikilməsi, İES-lərin tələbatçıları həm istilik, həm də ki elek­trik enerjisi ilə təmin etməsi, İES-lərdə böyük güclü turbinlərin qoyulması ilə əlaqədardır.


Hal-hazırda Azərbaycanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik elektrik stansiyası fəaliyyət göstərir.

İES-in adı Stansiyanın gücü (MVt) Yerləşdiyi ərazi İstismara verildiyi tarix
Azərbaycan İES 2400 MVt Mingəçevir ş. 20.10.1981
Cənub ES 780 MVt Şirvan ş. 01.07.2013
Sumqayıt ES 525 MVt Sumqayıt ş. 19.11.2009
Şimal ES 400 MVt Bakı ş. Şüvəlan q. 29.11.2002
Səngəçal ES 300 MVt Səngəçal q. 24.12.2008
Bakı İEM 107 MVt Bakı ş. Xətai r. 19.10.2001
Bakı ES 105 MVt Bakı ş. Əhmədli q. 22.02.2007
Şahdağ ES 105 MVt Qusar ş. 18.09.2009
Astara ES 87 MVt Astara ş. 03.02.2006
Şəki ES 87 MVt Şəki ş. 14.10.2006
Xaçmaz ES 87 MVt Xaçmaz ş. 07.12.2006
Naxçıvan ES 87 MVt Naxçıvan MR 20.12.2006
Naxçıvan Qaz-turbin ES 87 MVt Naxçıvan MR 20.12.2006
Həm İES-lər, həm də digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində atmosferə xeyli miqdarda karbon qazı atılır. Karbon qazının ekoloji cəhətdən problem yaradan əsas xüsusiyyəti onun atmosferdə "İstixana effekti"-ni əmələ gətirməsidir. Son illər aparılan araşdırmaya görə atmosferdə hər il karbon qazının miqdarı 15 milyard ton artır. Bu artımın təxminən 22%-i İES-lərin payına düşür. Ölkəmizdə də İES-lərdən hər il 9 milyon tona yaxın karbon qazı atılır.