+994 12 480 20 48 info@alten-group.com Bakı şəhəri, Tbilisi pr 54

Xəbərlər

Elektrik montyoru

İş barədə məlumat

Qapalı binalarda, torpaqda, quyularda və tunellərdə gərginliyi 35 kV-a qədər olan kabel xətlərinin sökülməsi, təmiri və quraşdırılması

Pnevmatik və elektrikləşdirilmiş alətlərdən istifadə etməklə kabellərin qapalı binalarda, torpaqda, quyularda və tunellərdə nişanlanması və damarlarının bir-birindən aralanması

Elektrik təchizatının etibarlılıq dərəcəsinə aid olan tələbatçıları üçün, gərginliyi 35 kV-a qədər olan daxili və xarici qurğularda kabelin uclarında və birləşdirmə yerlərində qoyulan muftaların və birləşmələrin təmiri və quraşdırılması

Elektrik və pnevmatik intiqallı mürəkkəb, universal və xüsusi ləvazimatların və mexanizmlərin idarə olunması

-Nahar ilə təmin edilmə

- Əməkhaqqı 800 AZN

- İş qrafiki: 6 günlük - Sənədləşmə Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Namizədə tələblər

Xüsusi izoliyasiyalı kabellərin markalarını və istifadə sahələrini bilməlidir

Kabel şəbəkəsi sahəsinin sxemini bilməlidir

Birləşdirici, dayandırıcı (stoporlayıcı) və uclarda qoyulan muftaların təyinatını və quruluşunu, kabellərin cərəyankeçirici mis və alüminium damarlarının uclarının təmizlənmə və birləşdirilmə üsullarını bilməlidir

Xüsusi izoliyasiyalı kabelin təmiri, sökülməsi və quraşdırılması zamanı işlərin yerinə yetirilməsi üsullarını və əməliyyatların ardıcıllığını bilməlidir

Kabel xəttinin əvvəlində və axırında olan binaların avadanlıqlarının və armaturlarının təyinatını bilməlidir

Elektrik cərəyanından zədə almış zərərçəkənə ilk yardım göstərilmə qaydalarını və praktiki olaraq ilk yardım göstərməyi (süni nəfəs vermə üsullarını və s.) bilməlidir

Əməyin təşkilinin əsasını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir


Təhsil

Müvafiq istiqamət üzrə ali, orta ixtisas və ya peşə-ixtisas təhsili

· İş təcrübəsi

1 ildən 3 ilə qədər

· Telefon (012) 480-20-48

· E-mail hr@alten-group.com