+994 12 480 20 48 info@alten-group.com Bakı şəhəri, Tbilisi pr 54

Xəbərlər

İstilik elektrik stansiyası

İstilik Elektrik Stansiyası(İES) üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyasıdır.

Dünyada hasil edilən elektrik enerjisinin  75%-i , Azər­bay­canda isə 90%-i istilik elektrik stansiyalarının payına düşür. Elektrik enerjisi istehsalında İES-lərin belə böyük yer tutması dünyanın  ayrı-ayrı yerlərində yanacağın çox  olma­sı, yanaca­ğın asanlıqla İES-lərə nəql edilməsi, İES-lərin təla­bat­çı­lara yaxın yerdə tikilməsi, İES-lərin tələbatçıları həm istilik, həm də ki elek­trik enerjisi ilə təmin etməsi, İES-lərdə böyük güclü turbinlərin qoyulması ilə əlaqədardır.


Hal-hazırda Azərbaycanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik elektrik stansiyası fəaliyyət göstərir.

İES-in adıStansiyanın gücü (MVt)Yerləşdiyi əraziİstismara verildiyi tarix
Azərbaycan İES2400 MVtMingəçevir ş.20.10.1981
Cənub ES780 MVtŞirvan ş.01.07.2013
Sumqayıt ES525 MVtSumqayıt ş.19.11.2009
Şimal ES400 MVtBakı ş. Şüvəlan q.29.11.2002
Səngəçal ES300 MVtSəngəçal q.24.12.2008
Bakı İEM107 MVtBakı ş. Xətai r.19.10.2001
Bakı ES105 MVtBakı ş. Əhmədli q.22.02.2007
Şahdağ ES105 MVtQusar ş.18.09.2009
Astara ES87 MVtAstara ş.03.02.2006
Şəki ES87 MVtŞəki ş.14.10.2006
Xaçmaz ES87 MVtXaçmaz ş.07.12.2006
Naxçıvan ES87 MVtNaxçıvan MR20.12.2006
Naxçıvan Qaz-turbin ES87 MVtNaxçıvan MR20.12.2006
Həm İES-lər, həm də digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində atmosferə xeyli miqdarda karbon qazı atılır. Karbon qazının ekoloji cəhətdən problem yaradan əsas xüsusiyyəti onun atmosferdə "İstixana effekti"-ni əmələ gətirməsidir. Son illər aparılan araşdırmaya görə atmosferdə hər il karbon qazının miqdarı 15 milyard ton artır. Bu artımın təxminən 22%-i İES-lərin payına düşür. Ölkəmizdə də İES-lərdən hər il 9 milyon tona yaxın karbon qazı atılır.